İnsanlara hürriyət, millətlərə istiqlal!

KTMT-dən İrəvana açıq mesaj: Ermənistan hələ də müttəfiqdir

705 19.12.2025 11:28 Dünya A A



Ermənistan KTMT-nin (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) müttəfiqi olub və olaraq qalır.

Musavat.com xəbər verir ki, bu barədə təşkilatın baş katibi İmanqali Tasmaqambetov erməni KİV-lərinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, KTMT Ermənistanın yaxın perspektivdə təşkilatın fəaliyyətində yenidən tamhüquqlu iştirakına ümid edir. Tasmaqambetov qeyd edib ki, bunun üçün bütün zəruri şərtlər və əsaslar mövcuddur:

“Biz ondan çıxış edirik ki, Ermənistan xalqı Avrasiya məkanında ümumi təhlükəsizlik sisteminin qurulmasında maraqlıdır”, – deyə o vurğulayıb.

KTMT baş katibi xatırladıb ki, Ermənistan XİN hələ noyabr ayında rəsmi şəkildə bəyan edib ki, respublikanın təşkilatdan çıxması məsələsi gündəmdə deyil. Bu açıqlama İrəvanın KTMT-dən tam ayrılmaq niyyətində olmadığını göstərir.

Eyni zamanda Tasmaqambetov etiraf edib ki, Ermənistan hazırda təşkilatdakı fəaliyyətini “pauza”ya qoyub. Onun sözlərinə görə, bu vəziyyət Ermənistanın mövcud siyasi rəhbərliyinin KTMT-yə münasibətdə indiki mövqeyini əks etdirir.


Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR