İnsanlara hürriyət, millətlərə istiqlal!

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ

721 01.06.2026 17:50 Ölkə A A

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə iyunun 2-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

Musavat.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq edib.

Bakıda və Abşeron yarımadasında, eyni zamanda Naftalan, Goranboy, Daşkəsən, Neftçala, Mingəçevir, Bərdə, Yevlax,Tərtər, Quba, Qusarda narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

Ölkənin digər bölgələrində sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR