İnsanlara hürriyət, millətlərə istiqlal!

Kürdəmirdə küsən arvadının arxasınca gedən kişi qaynı tərəfindən döyüldü

772 20.07.2025 04:29 Ölkə A A

Kürdəmirdə həyat yoldaşını evə qaytarmaq üçün qayınatasıgilə gedən kişi döyülüb.

Hadisə rayonun Topalhəsənli kəndində baş verib. Kənd sakini Rahib Məmmədov 2019-cu ildə ailə həyatı qurub və birgə nigahdan da üç yaşlı qızları olub.

Ötən ay Rahiblə həyat yoldaşı arasında mübahisə yaranıb və qadın küsüb bacısının evinə gedib. Bir müddətdən sonra Rahib həyat yoldaşının atası evinə getdiyini zənn edib və onu gətirmək üçün qayınatasıgilə yollanıb. O, həyətə daxil olarkən qaynı Elməddinlə rastlaşıb. Elməddin Rahibdən niyə bacısını incitdiyini soruşub və aralarında mübahisə yaranıb. Nəticədə Elməddin Rahibə təpik və yumruq zərbələri endirib.

Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib. Lakin məhkəmə istintaqı dövründə tərəflər arasında barışıq elan edildiyindən hakim cinayət işinə xitam verib.//Oxu.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR