İnsanlara hürriyət, millətlərə istiqlal!

Lavrovu Alimov əvəz edə bilər - Putindən hazırlıq

886 09.12.2025 16:11 Dünya A A

Rusiya Prezidenti Vladimir Putin Aleksandr Alimovu xarici işlər nazirinin müavini təyin edib. Aleksandr Alimov 2022-ci ildən bəri Rusiya Xarici İşlər Nazirliyinin çoxtərəfli humanitar əməkdaşlıq və mədəni əlaqələri şöbəsinə rəhbərlik edib. Bundan əvvəl, o, Rusiyanın BMT-nin və Cenevrədəki digər beynəlxalq təşkilatların daimi nümayəndəsinin müavini vəzifəsində çalışıb. 2008-ci ildən 2012-ci ildən etibarən Nyu-Yorkdakı Rusiyanın BMT-dəki daimi missiyasının baş müşaviri olub.

Musavat.com xəbər verir ki, Rusiya mediası Aleksandr Alimovun xarici işlər nazirinin müavini təyin edilməsini Prezident Vladimir Putinin proqnozlaşdırılmayan gedişlərindən biri və Sergey Lavrovun xarici işlər naziri vəzifəsindən gedişinə hazırlıq kimi qiymətləndirir.

qabil.jpg (172 KB)

Politoloq Qabil Hüseynli də hesab edir ki, Sergey Lavrovun səhhətində problemlərin yarandığı və bu problemlərin onun Rusiya kimi ölkənin xarici işlər naziri vəzifəsini icra etməsinə imkan vermədiyi haqda yayılan xəbərlərin fonunda Vladimir Putinin XİN-ə yeni nazir müavini təyin etməsi müəyyən ehtimallar yaradır:

“Yeni təyinat təsadüfi və sıradan bir kadr təyinatı deyil. Sergey Lavrovun uzun müddət görüşlərdə, qəbullarda iştirak etməməyi Rusiya və dünya mediasında müxtəlif versiyaların yayılmasına səbəb olub.

Bəzi ehtimallara görə, Lavrovun hansısa ciddi səhvə yol verməsi onu Putinin qəzəbinə tuş gətirib və prezident ona bir müddət görünməmək cəzası kəsib. Başqa versiyaya görə Lavrovun ciddi sağlamlıq problemləri var və iş qabiliyyətinə ciddi mənfi təsir göstərir. Əgər bu iddialardan hər hansı bir doğrudursa Putinin Lavrova yeni müavin təyin etdiyi Aleksandr Alimovun bir müddət sonra nazir postuna gətiriləcəyi, yeni təyinatın buna hazırlıq olduğunu ehtimal etmək mümkündür”.

Etibar Seyidağa,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR