ABŞ prezidenti Donald Trampın keçən il Hind okeanındakı Çaqos arxipelaqını Mavrikiyə təhvil vermək üçün müqavilə imzaladığına görə britaniyalı müttəfiqi Keyr Starmeri güzəştcillikdə və uzağı görməməkdə suçlayıb.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Bu sövdələşməni bağlamaqla London bir daşla iki quş vurmaq istəyirdi: artıq müstəmləkə gücü olmadığını nümayiş etdirmək və arxipelaqın bir hissəsi olan Dieqo Qarsiya adasında növbəti 99 il ərzində hərbi baza saxlamaq.
Böyük Britaniya hökuməti hər şeyi mükəmməl hesablayıb: baza Britaniya və Mavrikiya arasında icarə müqaviləsi çərçivəsində mövcuddur. Bu o deməkdir ki, növbəti əsr üçün narahat olmağa dəyməz.
Ancaq Tramp Britaniya baş nazirinin sadəlövh olduğunu bildirib. Onun fikrincə, Çin və Rusiya kimi güclərin Hind okeanında mövcudluğu var və onlar yalnız zor dilini anlayırlar.
Ağ Evin Böyük Britaniya-Mavrikiya müqaviləsinə qəzəbli reaksiyası Londonun Dieqo Qarsiya bazasını 1960-cı illərdə Amerikaya icarəyə verməsindən irəli gəlir. Bu yaxınlara qədər o, Pentaqonun Hind okeanındakı maraqlarına sədaqətlə xidmət edirdi. Sovet dövründə SSRİ hərbi dəniz qüvvələrinin gəmiləri Hindistan sahillərinə yaxınlaşanda bu bazadan qalxan ABŞ təyyarələri nümayişkaranə reydlər edirdi. 1971-ci il Hindistan-Pakistan müharibəsi kimi beynəlxalq böhran dövrlərində uçuşlar daha tez-tez baş verirdi. Bu yaxınlarda Dieqo Qarsiyadan havaya qalxan Amerika bombardmançı təyyarələri Yəməndə üsyançılara zərbələr endiriblər.
Trampın aviabazanın taleyi ilə bağlı şübhələri bu ay Çaqos arxipelaqındakı bir rifə bir neçə nəfərdən ibarət qrupun enişi ilə müəyyən dərəcədə təsdiqlənib. Onlar çadırlar qurublar və tezliklə onlara qoşulanların olacacağını elan ediblər. Bu şəxslər Londondan 1960-cı illərdə əsasən Mavrikiyaya deportasiya edilən 2000 çaqoslunun varislərinin tarixi vətənlərinə qaytarmağı tələb edirlər. Çadır quran fəallar Mavrikiyadakı yaşayış şəraitindən şikayətlənir və keçmiş müstəmləkə gücünün Dieqo Qarsiyanın yerli xalqla ədalətsiz davrandığını deyirlər.
Britaniya media orqanları da baş nazir Starmerə rəhm etmir. "Daily Express" qəzeti iddia edir ki, Çin və Mavrikiya arasında yaxın münasibətlər var və Pekin hərbi ehtiyacları üçün orada bir torpaq sahəsi əldə etməyə çalışa bilər. Çin bu cür xəbərləri uydurma kimi rədd edir. Lakin adadakı Çin səfiri Çaqos arxipelaqının Britaniyaya təhvil verilməsi barədə razılaşmanı Mavrikiya xalqı üçün böyük bir qələbə adlandırıb.
Musavat.com






