80 yaşlı Böyük Britaniya vətəndaşının lotereyada qazandığı 2,4 milyon funt sterlinq gözlənilməz şəkildə cinayət yoluna sərf edilib və hadisə ölkədə geniş rezonans doğurub.
Musavat.com xəbər verir ki, Böyük Mançesterdə yaşayan şəxs uduş pulunu narkotik maddələrin istehsalı və yayılması üçün gizli laboratoriyaların qurulmasına yönəldib.
Məlumata görə, yaşlı kişi evinin yaxınlığında bir narkolaboratoriya təşkil edib, daha birini isə oğlu və digər şərikləri ilə birlikdə fəaliyyətə başlayıb. Polis əməliyyatları zamanı yüz milyonlarla funt dəyərində narkotik vasitə, eləcə də silah və xüsusi texniki avadanlıqlar aşkarlanaraq müsadirə olunub.
Britaniya hüquq-mühafizə orqanları bu əməliyyatı son illərdə narkobiznesə qarşı həyata keçirilmiş ən böyük zərbələrdən biri kimi qiymətləndirir.
Bildirilir ki, yanvar ayında məhkəmə 80 yaşlı şəxsi 16 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Təqsirləndirilən şəxs özünü günahkar hesab etməyib.
Musavat.com






