İnsanlara hürriyət, millətlərə istiqlal!

Lukaşenko: “Dünyada daim müharibədə olan yeganə ölkə ABŞ-dır”

313 06.07.2026 20:58 Dünya A A

Belarus prezidenti Aleksandr Lukaşenkonun sözlərinə görə, dünyada daim müharibədə olan yeganə ölkə ABŞ-dır.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, ali hərbi təhsil müəssisələrinin məzunlarını və yüksək rütbəli zabitləri təltif etmək mərasimində çıxış edən dövlət başçısı qeyd edib ki, ən güclü və effektiv ordu müharibədə olan ordudur. “Lakin Belarus üçün silahlı qüvvələrini təkmilləşdirməyin bu üsulu qəbuledilməzdir”, - deyə lider izah edib.

"Dünyada daim müharibədə olan yalnız bir ölkə var - ABŞ. Bizə bu lazım deyil; bu, bizə yaraşmır. Buna görə də, gəlin sahib olduğumuz təcrübədən istifadə edək. Bu, ilk növbədə sizə - zabitlərə və generallara aiddir", - deyə Lukaşenko bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR