Amerikanın "Chevron" şirkəti və investisiya qrupu "Quantum Energy Partners" Rusiyanın "Lukoil" şirkətinin beynəlxalq aktivlərinin bölüşdürülməsi üçün müqavilə bağlamağı planlaşdırırlar.
Musavat.com xəbər verir ki, məlumatı "Financial Times" qəzeti mənbələrə istinadən yayıb. Mənbələrə görə, şirkətlərin təklifi "Lukoyl" şirkətinin bütün beynəlxalq aktivlər portfelini əhatə edir - "Quantum" və "Chevron" şirkətləri uzunmüddətli perspektivdə 22 milyard dollarlıq aktiv əldə etmək niyyətindədirlər. ABŞ rəsmisi qəzetə bildiribki, yanaşma Donald Tramp administrasiyası tərəfindən müsbət qarşılanır: "Biz bu aktivlərin mülkiyyətini əbədi olaraq Amerika operatoruna verəcək bir yol axtarırıq. Biz aktivlərin satın alındıqdan dərhal sonra satılmasını istəmirik, ona görə də bu, çox cəlbedici bir seçimdir".
Qeyd edək ki, ötən ilin oktyabr ayında ABŞ və Böyük Britaniya "Lukoyl" şirkətini sanksiya siyahılarına əlavə ediblər. Bundan sonra "Lukoyl" beynəlxalq aktivlərini satmaq niyyətində olduğunu açıqlayıb.
Musavat.com






