Macarıstan Slovakiyadan sonra Ukraynaya elektrik enerjisi və qaz tədarükünü dayandırmaq imkanını nəzərdən keçirir.
Musavat.com xəbər verir ki, bu barədə qərb KİV-ləri Macarıstan Baş nazirinin aparat rəhbəri Gergey Gulyasın sözlərinə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, əgər Ukrayna hakimiyyəti “Drujba” neft kəməri ilə tədarükün ləngidilməsi ilə bağlı qərarını dəyişməzsə və prosesi “saxta bəhanələrlə” davam etdirərsə, Budapeşt əlavə tədbirlər görə bilər.
Gulyas əlavə edib ki, Macarıstan bu məsələdə Slovakiya ilə hərəkətlərini koordinasiya edir. O da qeyd olunub ki, “Drujba” kəməri üzrə tədarükün dayandırılmasından Slovakiya da zərər görür.
Xatırladaq ki, daha əvvəl Slovakiyanın Baş naziri Robert Fitso Bratislavanın Ukraynaya elektrik enerjisi tədarükünü dayandıra biləcəyini istisna etməmişdi.
Musavat.com






