İnsanlara hürriyət, millətlərə istiqlal!

Macarıstanın ana müxalifəti seçki platformasını açıqladı: Rusiya ilə münasibətlər...

346 09.02.2026 12:02 Siyasət A A

Macarıstan siyasi müxalifəti aprelin 12-də keçiriləcək parlament seçkilərində qalib gələrsə, Rusiya ilə enerji əməkdaşlığından imtina edəcək.

Musavat.com xəbər verir ki, bu, müxalifətdəki Tisa partiyasının seçki platformasında əksini tapıb. Sənədə əsasən partiyanın quracağı hakimiyyət tədricən Rusiya neft və qazının alınmasını dayandıracaq, həmçinin Rosatom tərəfindən layihələndirilən Paks II atom elektrik stansiyasının tikintisini də dayandıra bilər.

Tisanın iqtisadi məsləhətçisi və Shell şirkətinin keçmiş yüksək vəzifəli məmuru İştvan Kapitan proqramın təqdimatında bildirib ki, "2035-ci ilə qədər Macarıstanın Rusiyadan enerji asılılığı aradan qaldırılacaq, bərpa olunan enerji mənbələrinin payı 2040-cı ilə qədər ikiqat artacaq və Paks-2 layihəsinə yenidən baxılacaq".

Göstərilən müddətlərə əsasən, sənəd mövcud müqavilələrin müddəti bitdikdən sonra Rusiya ilə əməkdaşlığın dayandırılmasını nəzərdə tutur.

Tisanın seçki proqramının əsas şüarı korrupsiyaya qarşı mübarizədir. Bu sənədin əsas məqamları arasında Aİ büdcəsindən Macarıstan üçün nəzərdə tutulan, lakin korrupsiyaya görə Brüssel tərəfindən buraxılmayan xüsusi vəsaitlərdən 20 milyard avronun qaytarılması da var. Digər məqamlara, xüsusən də mütərəqqi vergi sisteminin tətbiqi, gəlir vergisi, kiçik və orta sahibkarlığa dəstək, reseptli dərmanlara ƏDV-nin ləğvi və 1 iyun 2026-cı il tarixindən etibarən Avropadan kənardan gələn miqrant işçilərin işə götürülməsinə qadağa qoyulması daxildir.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR