İnsanlara hürriyət, millətlərə istiqlal!

Madura ABŞ-a etiraz olaraq Karakasda yürüşə çıxdı

391 11.12.2025 07:55 Hadisə A A

Venesuela Prezidenti Nikolas Maduro ABŞ-ın Karib hövzəsindəki son addımlarına paytaxt Karakasda böyük mitinq təşkil etməklə cavab verib.

Musavat.com xəbər verir ki, o, mitinqə şəhər küçələrində yürüşlə başlayıb, yekun çıxışında ABŞ hökumətindən Venesuela və Latın Amerikasında müdaxilə, rejim dəyişikliyi və dövlət çevrilişləri siyasətinə son qoymasını tələb edib.

O, bildirib ki, "nəcib, suveren və cəsur bir xalqa məxsus olan Venesuela heç vaxt imperiyanın müstəmləkəsinə çevrilməyəcək": “Venesuela torpağının sərvəti heç vaxt qrinqo işğalçıları və ya heç bir imperiya tərəfindən talan edilməyəcək.Venesuela tarlalarında çalışan işçilər ölkəni istənilən təcavüzkar imperiyadan qorumaq üçün tüfənglər götürəcək, raketlərdən və tanklardan istifadə edəcəklər. Venesuela xalqı ölkə üçün sülhü, sabitliyi və inkişafı təmin edəcək".

Qeyd edək ki, dünən ABŞ hərbçiləri Venesuela sahillərində neft tankerini tutublar. ABŞ-ın sentyabrdan bəri Venesuela ətrafında cəmləşdirdiyi hərbi qüvvə Maduronun neft ticarətini mümkünsüz hala gətirib ki, bu da yeganə gəlir mənbəyinin məhdudlaşması deməkdir.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR