İnsanlara hürriyət, millətlərə istiqlal!

Makron Pekinə iki istəklə gedir - hansını ala biləcək?

418 04.12.2025 16:41 Siyasət A A

"Fransa Prezidenti Emmanuel Makron Çinə 3 günlük səfərə gedib. Makron Pekinə iki istəklə gedir - amma heç birini ala bilməyəcək".

Bu sözləri Musavat.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

Elxan Şahinoğlu: “Heç bir dövlət bunu bizə icazə verə bilməz” | Modern.az

Politoloq qeyd edib ki, Makron Çin lideri Si Cinpinlə iki mövzunu - iqtisadi əlaqələr və Rusiya-Ukrayna müharibəsini müzakirə etmək istəyir:

"Makronun hər iki mövzuda müsbət nəticə əldə edəcəyi problematikdir.

Paris Pekinin Kremlə təzyiq etməsini istəyir ki, Rusiya Ukraynaya qarşı müharibəni dayandırsın. Bu mümkün deyil. Vaşinqton və Brüssel son illərdə dəfələrlə Pekinə eyni müraciəti ediblər. Nəticə yoxdur. Pekin Kremlə təzyiq etmək istəmir. Əksinə, Çinin xarici işlər naziri Van Yi Brüsseldə görüşləri zamanı açıqlama vermişdi ki, Pekin Rusiyanın müharibədə məğlub olmasını istəmir. Van Yi bunu Çinin ABŞ-la üz-üzə qalmaması kimi izah etmişdi. Yəni Rusiya müharibədə məğlub olsa, ABŞ bütün diqqətini Çini zəiflətməyə yönəldəcək. Bu məntiqlə Pekin Rusiyanın məğlub olmasını istəmir".

Politoloqun fikrincə, digər tərəfdən Rusiya-Ukrayna müharibəsinin davamı Çinin maraqlarına xidmət edir:

"Çünki, birincisi, ABŞ və Avropa İttifaqının bütün diqqəti Rusiya-Ukrayna müharibəsinə yönəlib. İkincisi, müharibə davam etdikcə, Rusiyanın Çindən asılılığı artır. Pekin bu amildən də öz məqsədləri üçün istifadə edir. Ona görə də, Makronun Si Cinpini Rusiyaya təsir etməsinə inandırması mümkün deyil.

Fransa Çinin Avropa ölkələrinə artan ixracatından da narahatdır. Paris Çinlə ticarətdə balansın təmin olunmasını istəyir. Makron bu məqsədlə Çinə səfərində özü ilə xeyli şirkət rəhbərini aparıb. Makron Fransa üçün münasib müqavilələrin imzalanmasına ümidlidir. Çində atom elektrik stansiyaların sayı artır. Fransa şirkətləri yeni stansiyaların tikintisində iştirak etmək istəyirlər. Bu arada, Fransanın avtomobil şirkətləri Çin bazarını tərk ediblər".

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR