İnsanlara hürriyət, millətlərə istiqlal!

Makron Trampın istədiyi adaya qoşun göndərir

619 16.01.2026 18:17 Dünya A A

Fransa prezidenti Emmanuel Makron İstr şəhərində hərbçilər qarşısında çıxışı zamanı bildirib ki, ölkəsi yaxın günlərdə Qrenlandiyaya hərbçi qrupundan əlavə, quru, hava və dəniz hərbi texnikası göndərəcək. Makron, həmçinin 2026-2030-cu illər ərzində Fransanın müdafiə büdcəsinin 36 milyard avro artırılması zərurətini vurğulayıb, bunun 3,5 milyard avrosu 2026-cı il üçün artıq nəzərdə tutulduğunu bildirib.

Picture background

Bundan əvvəl 15 fransız hərbçinin artıq Qrenlandiyaya gəldiyi bildirilmişdi. "Danimarkanın xahişi ilə qərara gəldim ki, Fransa Qrenlandiyada təşkil olunan birgə təlimlərə qatılacaq", - Makron "X" sosial şəbəkəsində yazıb.

Qeyd edək ki, Amerika prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı planları hər kəsə məlumdur. Bunun fonunda Makronun bu cür addımlar atması birbaşa Ağ Ev sahibinə “savaş açmaq” kimi qələmə verilir. 

Politoloq Kənan Novruzov hesab edir ki, Fransa bu proseslərdə tək qalmayacaq. Eyni zamanda, politoloq Musavat.com-da vurğuladı ki, Qrenlandiya ilə bağlı ABŞ və Avropa arasında gərginlik son günlər daha da artıb:

“Ayrı-ayrı Avropa dövlətləri ABŞ-nin Qrenlandiya ilə bağlı iddialarına qarşı çıxırlar. Avropa ölkələrinin ora qoşun göndərməsi bu gərginliyin təzahürü olmaqla yanaşı, həm də Danimarka ilə həmrəyliyə işarədir. Qrenlandiya ilə bağlı Vaşinqtonla Avropa paytaxtları arasında ziddiyyət siyasi müstəvidən hərbi müstəviyə keçir.Yaxın günlərdə digər Avropa dövlətlərinin də bu təşəbbüsə qoşulub, Qrenlandiyaya qoşun göndərməsi mümkündür. Lakin bu addımların ABŞ-ı çəkindirəcəyini düşünmürəm. Vaşinqton, yəqin ki, ambisiyalarından əl çəkməyəcək. ABŞ yumşaq güc vasitələri ilə Qrenlandiya ilə bağlı məqsədlərinə çata bilməsə, hərbi müdaxilə yolunu seçə bilər. Bu isə Avropa paytaxtları ilə Vaşinqton arasında gərginliyi daha da artıracaq”.

Cavanşir ABBASLI
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR