Rusiyada 2Counter-Strike 22 üzrə repetitorluq edən şəxslər ayda orta hesabla 80–120 min rubl, uğurlu aylarda isə 150 min rubla qədər gəlir əldə edə bilirlər.
Musavat.com xəbər verir ki, bu sahədə əsas müştərilər kiberidmana düşmək və oyunu peşəkar gəlir mənbəyinə çevirmək istəyən yeniyetmələrdir. Onlar fərdi dərslər vasitəsilə taktika, nişanalma, komanda oyunu və rəqabət strategiyalarını öyrənirlər.
Cəmiyyətdə hələ də “oyun vaxt itkisidir” fikri geniş yayılıb. Lakin reallıq göstərir ki, maus və klaviatura ilə qazanılan bu gəlir bir çox ofis əməkdaşının aylıq maaşını geridə qoyur. Kiberidmanın inkişafı ilə oyun təkcə əyləncə deyil, həm də real peşə və gəlir imkanına çevrilir.
Musavat.com






