“Bəzi ölkələr müharibəyə fəal şəkildə hazırlaşır, digərləri isə sülhə can atır”.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Britaniya və Fransanın Ukraynaya nüvə texnologiyası köçürmək planlarını şərh edərkən qeyd edib.
"Bəzi ölkələr sülhə can atarkən — məsələn, ABŞ prezidenti Tramp bu yaxınlarda "sülh sammiti" keçirdi — digər ölkələr isə müharibəyə fəal şəkildə hazırlaşırlar. Xarici kəşfiyyat xidmətimizdən gələn məlumatlara görə, Britaniya və Fransa Ukraynaya nüvə texnologiyası köçürməyi planlaşdırır", - deyə o, Vyetnam Kommunist Partiyası (KPP) Mərkəzi Komitəsinin baş katibinin xüsusi nümayəndəsi və xarici işlər naziri Le Hoai Trunqla görüşdə bildirib.
Qeyd edək ki, Medvedyev ölkəsində və dünyada vaxtaşırı bu kimi “sensasion açıqlamalar” səsləndirməklə tanınır.
Musavat.com






