İnsanlara hürriyət, millətlərə istiqlal!

Melniçenkonun yaxtası orada tapılıb

550 05.01.2026 19:44 Dünya A A

Şərqi Afrikada yerləşən Seyşel adalarında rusiyalı milyarder Andrey Melniçenkoya məxsus olduğu ehtimal edilən yaxta aşkarlanıb.

Musavat.com xəbər verir ki, "Motor Yacht A" adlı 119 metrlik gəmi Mahe adası yaxınlığında, Roş-Kayman rayonunda lövbər salıb.

Yaxtanın təxmini dəyəri 255 milyon dollar təşkil edir.

Yerli bələdçilərin bildirdiyinə görə, sahildəki körpü bahalı texnikanın dayandığı yer kimi tanınır.

Bundan əvvəl "Associated Press" həmin yaxtanın Birləşmiş Ərəb Əmirlikləri sahillərində - Seyşel adalarının bir qədər şimalında aşkarlandığını yazmışdı. Nəşr gəminin Andrey Melniçenkoya məxsus olduğunu qeyd edib.

Xatırladaq ki, 2022-ci ildə Aİ sanksiyaları səbəbindən sahibkarın "Sailing Yacht A" adlı yelkənli yaxtası İtaliyada həbs edilmişdi. Uzunluğu 142 metr olan bu gəmi dünyanın ən böyük şəxsi yelkənli yaxtası sayılır və dəyəri 530 milyon avro qiymətləndirilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR