İnsanlara hürriyət, millətlərə istiqlal!

Mərkəzi Bankdan inflyasiya ilə bağlı açıqlama

1100 04.02.2026 10:37 İqtisadiyyat A A

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonuna və 2027-ci ildə illik inflyasiyanın hədəf daxilində olacağını proqnozlaşdırır.

Musavat.com verir ki, tənzimləyici 2026-cı il inflyasiya proqnozlarına azalma istiqamətində dəyişiklik edib.
Belə ki, baza ssenarisi üzrə 2026-cı ilin fevral proqnozlarına görə, illik inflyasiyanın 2026-cı ildə 5.5 faiz(2025-ci ilin oktyabrında 5,7 faiz) , 2027-ci ildə isə 4 faiz olacağı gözlənilir.
AMB bildirir ki, uçot dərəcəsi ilə bağlı qərar qəbul edilən ötən iclasdan bəri inflyasiya riskləri balansında əhəmiyyətli dəyişiklik baş verməyib. Qlobal miqyasda geosiyasi gərginliklərin davam etməsi, iqtisadi fraqmentasiya meyillərinin güclənməsi və qlobal ticarət mühitindəki qeyri-sabitlik əmtəə və maliyyə bazarları ilə bağlı qeyri-müəyyənlikləri yüksək səviyyədə saxlayır. Əsas xarici risk idxal qiymətlərinin daxili inflyasiyaya ötürülməsi ilə bağlıdır. Bu riskin reallaşması ticarət tərəfdaşlarında inflyasiyanın dinamikası, qlobal əmtəə qiymətlərinin istiqaməti, eləcə də nominal effektiv məzənnənin dəyişkənliyi kimi faktorlardan asılı olacaq.
2026-cı ildə başlıca daxili risk faktoru isə daxili xərc amillərinin gözləniləndən çox reallaşması ola bilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR