İnsanlara hürriyət, millətlərə istiqlal!

Merz Rusiyaya müraciət etdi: Katolik Miladı ərəfəsində atəşkəs elan olunsun

332 15.12.2025 21:54 Dünya A A

Almaniya kansleri Fridrix Merz Rusiyaya Katolik Miladı ərəfəsində atəşkəs elan etməklə bağlı açıq çağırış edib.

Musavat.com xəbər verir ki, kanslerin sözlərinə görə, hazırkı mərhələdə təşəbbüs tam şəkildə Moskvanın əlindədir və konkret addım məhz Rusiya tərəfindən atılmalıdır.

“Top Rusiyanın tərəfindədir. Moskva Milad gecəsi — 25 dekabr ərəfəsində atəşləri dayandırmaqla mühüm və simvolik addım ata bilər”, — deyə Fridrix Merz vurğulayıb.

Kansler bildirib ki, belə bir qərar humanitar baxımdan əhəmiyyətli olmaqla yanaşı, danışıqlar prosesində etimadın formalaşmasına da töhfə verə bilər. 

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR