İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur ağrıkəsici şizofreniya simptomları yaratdı

1203 22.08.2025 03:56 Səhiyyə A A

Amerikalı tədqiqatçılar qeyri-adi bir klinik hadisənin şahidi olublar.

Belə ki, 67 yaşlı kişiyə halüsinasiyalar görməyə başlayandan sonra şizofreniya diaqnozu qoyulsa da, sonradan bunun əsl səbəbinin ağrıkəsicilərin yan təsirləri olması üzə çıxıb. Bununla bağlı araşdırma "Cureus" jurnalında dərc olunub.

"Xəstə xroniki bel ağrısından əziyyət çəkirdi və hidrokodon ilə asetaminofen kombinasiyası olan "Vikodin" qəbul edirmiş. Dozanı artırdıqdan sonra onda eşitmə və görməyə dair problemlər- halüsinasiyalar, həmçinin paranoyya inkişaf etdi. Kişi damda qurdlar "görüb", aşağılayıcı səslər eşidib və s. Ancaq dərman qəbulunu dayandırdıqdan sonra simptomlar tamamilə yox oldu",- nəşr yazıb.//Milli.Az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR