Türkiyəli aktyor Kanbolat Görkem Arslan vəfat edib.
Musavat.com xəbər verir ki, aktyor 45 yaşında dünyasını dəyişib.
Bildirilib ki, evdə halı pisləşən aktyor xəstəxanaya yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Kanbolat son olaraq “Kudüs Fatihi Selahaddin Eyyubi” serialında rol alıb.
O, “Çemberimde gül oya”, “Poyraz Karayel”, “Bir Deli Rüzgar”, “Yer Gök Aşk”, “Ezel”, “Hayat Bazen Tatlıdır”, “Kuruluş Osman” kimi seriallarda da çəkilib.
Könül
Musavat.com







