İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur fenomen narkotikə görə saxlanıldı

1020 30.01.2026 23:21 Şou-biznes A A

“Mika Raun Can” ləqəbi ilə tanınan sosial media fenomeni İstanbulda polis tərəfindən saxlanılıb.

Musavat.com xəbər verir ki, Mika Raun Can “xalqı kin və düşmənçiliyə təhrik və ya təhqir”, eləcə də narkotik maddələrlə bağlı cinayət ittihamları ilə gözaltına alınıb.

İstanbul Cumhuriyyət Baş Prokurorluğu tərəfindən aparılan və aralarında tanınmış şəxslərin də yer aldığı “narkotik istintaqı" çərçivəsində sosial şəbəkələrdə məşhur olan Mika Raun Can barəsində əməliyyat keçirilib.

İstintaq materiallarına əsasən, fenomen “istifadə məqsədilə narkotik və ya psixotrop maddə satın alma, qəbul etmə, saxlama və ya istifadə etmə”, həmçinin ictimai nifrət və düşmənçiliyi qızışdırma və ya alçaltma maddələri ilə ittiham olunur.

Hazırda Mika Raun Canın istintaq çərçivəsində polis nəzarətində saxlanıldığı, araşdırmanın davam etdiyi bildirilir.

Könül

Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR