Bakı Metropoliteni qeyri-iş günləri ilə əlaqədar olaraq iş rejimində dəyişiklik edəcək.
Metropolitendən Musavat.com-a verilən məlumata görə, 9 May − Faşizm Üzərində Qələbə Günü və mayın 11-də “28 May-Əhmədli” və əksinə istiqamətdə qatarlararası interval 2 dəqiqə 30 saniyə, mayın 10-da isə 3 dəqiqə təşkil edəcək.
Bənövşəyi xətdə, həmçinin “Cəfər Cabbarlı-Xətai” və “Həzi Aslanov-Əhmədli” mənzillərində mövcud hərəkət qrafiki olduğu kimi saxlanılacaq.
“İş rejimində dəyişikliklə yanaşı, stansiyalarda ümumi nəzarət gücləndiriləcək, növbətçilik cədvəli əsasında əlavə işçi qüvvəsi ayrılacaq. Ehtiyac yaranarsa, ehtiyat qatarlar xəttə buraxılacaq”, - məlumatda qeyd olunur.






