İnsanlara hürriyət, millətlərə istiqlal!

Məzuniyyətə bağlı qanuna YENİLİK gəlir

2086 30.12.2025 12:39 Sosial A A

Milli Məclisin bu plenar iclasında Əmək Məcəlləsinə dəyişikliklər müzakirəyə çıxarılıb.

Musavat.com-un məlumatına görə, layihəyə əsasən, məzuniyyət hüququ 46 təqvim günü olan xüsusi xidmətləri olan işçilərin siyahısında dəyişiklik ediləcək.

Beləliklə, aşağıdakı işçilərə 46 təqvim günündən az olmayaraq məzuniyyət veriləcək:

Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə, 1990-cı ilin 20 Yanvar hadisələri ilə, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə və ya Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar səbəblərdən əlilliyi olan işçilərə;

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış işçilərə;

Döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçu olmuş işçilərə;

Azərbaycan Respublikasının ən yüksək təltifi ilə təltif olunmuş işçilərə.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq sonuncu oxunuşda qəbul edilib.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR