İnsanlara hürriyət, millətlərə istiqlal!

MİDA yeni mənzilllər satışa çıxarır

6235 28.11.2025 14:38 Ölkə A A

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Yevlax Yaşayış Kompleksi üzrə 179 mənzilin satışı 3 dekabr saat 11:00-da başlayacaq və 12 dekabr 11:00-da başa çatacaq.

Musavat.com xəbər verir ki, bunu "Report"a açıqlamasında qurumun mətbuat katibi Diana Dadaşova bildirib.

Onun sözlərinə görə, satış prosesi "Güzəştli mənzillərin satışına dair qaydalar"a uyğun şəkildə aparılacaq: "Qaydaların 5.6-cı bəndinə əsasən, mənzilin dəyərinin ipoteka krediti hesabına ödənilməsi yalnız ilkin razılıq alınaraq elektron kabinetdə təsdiqlənməsindən sonra mümkündür".

ckAe79ifHEhBeSWVLO982NAJ7Q9MfPyo.jpg (87 KB)

Diana Dadaşova

D. Dadaşovanın sözlərinə görə, Yevlax Yaşayış Kompleksində mənzillərin qiymətləri aşağıdakı kimi olacaq:

Studio tipli mənzillərin qiyməti – 41 040 manat,

1 otaqlı mənzillərin qiyməti – 43 225 manat,

2 otaqlı mənzillərin qiyməti – 55 575 manatdan başlayır,

3 otaqlı mənzillərin qiyməti – 70 490 manatdan başlayır,

4 otaqlı mənzillərin qiyməti – 103 740 manatdır.

MİDA rəsmisi əlavə edib ki, satış prosesi tam elektron qaydada və şəffaf mexanizm əsasında aparılacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR