İnsanlara hürriyət, millətlərə istiqlal!

Millət vəkili müəllim kimi işləməyə başladı

17100 30.12.2025 16:19 Son xəbər A A

Millət vəkili Vüqar Bayramov pedaqoji fəaliyyətə başlayıb.

Musavat.com bildirir ki, bu barədə deputat özü məlumat yayıb:

“Uzun fasilədən sonra, bu tədris ilindən başlayaraq Bakı Mühəndislik Universitetində (BMU) “Dövlət maliyyəsi” fənnini tədris etməyə başladım. Tədris dili həm ingilis, həm də Azərbaycan olan qruplarda dövlət maliyyəsinin nəzəri və praktik tərəflərini tələbələrə çatdırmağa çalışdım.

Tədris zamanı qrup müzakirələri, fərdi təqdimatlar, elmi və praktik araşdırmalar kimi daha interaktiv və müasir metodlara üstünlük verdik. Payız semestrini artıq başa vurduq. Qarşıda tələbələri daha ciddi sınaq - imtahan sessiyası gözləyir.

Tələbələrin hər birinə imtahanlarda uğurlar arzulayıram. İnanıram ki, insan kapitalının inkişafının prioritet olduğu ölkəmizdə gənc iqtisadçı-tələbələr iqtisadiyyatın inkişafına yaxın gələcəkdə daha yaxından töhfə verəcəklər”.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR