İnsanlara hürriyət, millətlərə istiqlal!

Milli Qəhrəman Aleksandr Kalyaninovun doğum günüdür

552 11.12.2025 21:15 Ölkə A A

Bu gün, 11 dekabr, təyyarə qəzasında şəhid olmuş Milli Qəhrəman Aleksandr Georgiyeviç Kalyaninovun doğum günüdür.

Musavat.com xəbər verir ki, o, 1992-ci ildə Bakıda anadan olmuş, ali uçuş təhsili almış və gələcəkdə böyük ümidlər vəd edən istedadlı pilot kimi tanınırdı.

Aleksandr Kalyaninov “Azərbaycan Hava Yolları”nda ikinci pilot vəzifəsində çalışırdı. 2024-cü ilin dekabrında Bakı–Groznı reysini yerinə yetirən təyyarə Aktau yaxınlığında qəza enişi zamanı nəzarətdən çıxmış və ağır faciə baş vermişdi. Aleksandr ekipajla birlikdə son ana qədər vəziyyəti nəzarətdə saxlamağa çalışsa da, qəza onun həyatına son qoymuşdu.

Göstərdiyi peşəkarlığa və fədakarlığa görə Aleksandr Kalyaninov ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Bu gün onun xatirəsi dərin hörmət və ehtiramla anılır. Ruhu şad olsun. 

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR