İnsanlara hürriyət, millətlərə istiqlal!

Miri Yusif xanımının blogerliyindən və oğlundan danışdı - VİDEO

748 29.06.2026 14:42 Şou-biznes A A

Xalq artisti Miri Yusif Yaşıl Teatrda keçiriləcək üç günlük solo konsert proqramına hazırlıqlarını davam etdirir.

Sənətçi konsert öncəsi Musavat.com-un suallarına cavab verib.

Konsert hazırlıqlarından danışan Miri Yusif bildirib ki, bu dəfə tamaşaçıları həm emosional, həm də musiqi baxımından fərqli proqram gözləyir:

"Yaşıl Teatrın özünəməxsus atmosferi var və burada səhnəyə çıxmaq mənim üçün hər zaman xüsusi hissdir. Hazırlıq prosesi intensiv davam edir. İstəyirik ki, hər üç konsert günü tamaşaçılar unudulmaz axşam yaşasınlar. Proqramda həm illərdir sevilən hitlər, həm də fərqli səhnə həlləri olacaq. Canlı ifaya və tamaşaçı ilə ünsiyyətə hər zaman xüsusi önəm verirəm. Ümid edirəm ki, bu konsertlər uzun müddət yaddaşlarda qalacaq".

Miri Yusif deyib ki, həyat yoldaşının bloger kimi fəaliyyət göstərməsi onun sənətinə mane olmur və ailədə hər kəs bir-birinin işinə hörmətlə yanaşır:

"Hər kəs öz işini görür. Həyat yoldaşımın bloger kimi fəaliyyəti var və bu, onun sevdiyi işdir. Mən də hər zaman onu dəstəkləyirəm. Ailədə qarşılıqlı anlayış və hörmət bizim üçün ən vacib məsələdir".

Xalq artisti kiçik oğlu Mircahidin musiqiyə olan marağından da söz açıb. O bildirib ki, övladı musiqini çox sevir və tez-tez atasının məşqlərində iştirak edir:

"Mircahid musiqiyə böyük maraq göstərir. Ritmi yaxşı hiss edir, mahnıları diqqətlə dinləyir. Hələ ki, gələcəkdə bu sahəni seçəcəyini demək tezdir. Ən əsası odur ki, uşaqlar öz seçimlərini özləri etsinlər. Hansı peşəni istəsələr, biz onları dəstəkləyəcəyik".

Xalq artisti "Ən əqrəb bürcü xüsusiyyətiniz" sualına belə cavab verib:

"Özgüvənli və qısqancam. Dostumuzu belə qısqana bilərik. Əqrəbləri pisləyirlər. Amma biz çox dostcanlıyıq. Bəzən içimdən eqo da çıxır. Amma onu susdururam".


Miri Yusif sonda əlavə edib ki, Yaşıl Teatrda keçiriləcək konsertlərdə tamaşaçıları həm sevilən hitlər, həm də sürpriz proqram gözləyir.

Könül İbrahim
Video müəllifindir
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR