Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ-da səfərdədir.
Musavat.com bu barədə erməni mediasına istinadın bildirir.
Məlumata görə, Vaşinqtonda Ermənistanın xarici işlər naziri ilə ABŞ dövlət katibi Marko Rubio arasında görüş baş tutub.
Məlumata görə, danışıqlardan sonra Ararat Mirzoyan və Marko Rubio Zəngəzur dəhlizi - “Tramp marşrutu”nun həyata keçirilməsinə dair birgə bəyanatla çıxış edəcəklər.
“Biz inanırıq ki, TRIPP həqiqətən də suverenlik və ərazi bütövlüyünə şübhə etmədən iqtisadi fəaliyyət və rifah qapılarını necə açmaq baxımından dünya üçün bir model olacaq", - ABŞ dövlət katibi bildirib.
Amerikalı diplomat layihəni bütün iştirakçı tərəflər üçün “gözəl” adlandırıb.
Musavat.com






