İnsanlara hürriyət, millətlərə istiqlal!

Mirzoyandan TRIPP layihəsi ilə bağlı İDDİA

805 14.10.2025 16:58 Siyasət A A

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan TRIPP layihəsi ilə bağlı açıqlama verib.

Musavat.com xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Mirzoyan Finlandiyanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Elina Valtonenlə birgə mətbuat konfransında bildirib ki, TRIPP Ermənistanın cənub hissəsindən keçəcək dəmir yolu xəttidir.

Nazirin sözlərinə görə, Şarm əl-Şeyxdə Azərbaycan xarici işlər naziri ilə keçirilən görüşdə münasibətlərin tənzimlənməsi və infrastrukturun açılması məsələləri müzakirə olunub.

Mirzoyan qeyd edib ki, kommunikasiyaların açılması bir neçə əsas prinsipə – dövlətlərin ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, suverenlik, yurisdiksiya və qarşılıqlılıq prinsiplərinə əsaslanacaq. Bu prinsiplər TRIPP layihəsinə də şamil edilir.

Hazırda ABŞ tərəfi ilə layihənin texniki həlləri müzakirə olunur və avqustun 8-dən etibarən ilkin işlər görülüb.

Ararat Mirzoyan bildirib ki, yekun qərar qəbul edildikdən sonra ictimaiyyətə məlumat veriləcək və layihənin istismarını ABŞ-Ermənistan birgə şirkəti həyata keçirəcək.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR