İnsanlara hürriyət, millətlərə istiqlal!

Misir prezidenti Trampa yalvardı: “Bu müharibəni yalnız...”

1675 30.03.2026 22:06 Dünya A A

Misir Prezidenti Əbdülfəttah əs-Sisi Yaxın Şərqdə, xüsusən də Fars körfəzi ətrafında davam edən müharibənin dayandırılması üçün ABŞ Prezidenti Donald Trampa açıq çağırış edib. Musavat.com xəbər verir ki, Misir lideri Trampa müraciətində onu “sülhü sevən insanlardan biri” adlandırıb və bölgə adından birbaşa mesaj ünvanlayıb.

Əs-Sisi bildirib ki, regionda müharibəni dayandırmağa qadir olan əsas fiqur məhz Trampdır. O vurğulayıb ki, savaşın davam etməsi həm Yaxın Şərq, həm də dünya üçün son dərəcə təhlükəli nəticələr doğura bilər. Reuters-in məlumatına görə, Misir prezidenti bu çıxışında enerji bazarları üçün də ciddi risklərdən danışıb və neftin qiymətinin 200 dolları keçə biləcəyi barədə xəbərdarlıq edib.

Misir liderinin sözlərinə görə, bu çağırış təkcə rəsmi Qahirənin deyil, sülh istəyən bütün regionun və bəşəriyyətin səsidir. O, Trampdan “xahiş edirəm, bu müharibəni dayandırmağa kömək edin” deyərək bir daha diplomatik müdaxilə gözləntisini açıq ifadə edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR