Rusiya Prezidenti Administrasiyası Rusiya və Azərbaycan liderləri arasında Duşənbədə keçirilən görüşün nəticələrini yüksək qiymətləndirir.
Musavat.com xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov “Rossiya 1” telekanalına müsahibəsində bildirib.
“Biz prezidentlərin ikitərəfli görüşünün nəticələrini çox yüksək qiymətləndiririk. Bu görüş Duşənbədə yaxın vaxtlarda baş tutub”, — deyə Peskov vurğulayıb.
Qeyd edək ki, Duşənbədə keçirilən görüşdə Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin ikitərəfli münasibətlər, regional proseslər və qarşılıqlı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.
Musavat.com






