İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskvada şok hadisə: SVO iştirakçısı iki nəfəri qətlə yetirdi və...

901 07.12.2025 02:44 Dünya A A

Moskva bölgəsində baş verən dəhşətli olayda SVO iştirakçısı, podpolkovnik Vladimir Parfiryev iki nəfəri qətlə yetirdiyinə görə 19 il ciddi rejimli cəzaçəkmə müəssisəsinə məhkum edilib.

Musavat.com xəbər verir ki, İstintaqın məlumatına görə, 2025-ci ilin martında M-5 magistralında spirtli içki qəbul etmiş Parfiryev həmkarını və taksi sürücüsünü “guya onu əsir almış ukraynalı hərbçilər” zənn edərək güllələyib. Qətliamdan dərhal sonra o, təsadüfi şahidi də öldürməyə cəhd edib və avtomobili ələ keçirərək hadisə yerindən qaçıb.

Məhkəmədə Parfiryev tam şəkildə günahını etiraf edib. Hadisə Rusiya ictimaiyyətində geniş rezonans doğurub və SVO veteranlarının psixoloji durumuna dair müzakirələri yenidən gündəmə gətirib.

Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR