İnsanlara hürriyət, millətlərə istiqlal!

Mövsümün ilk gilası 227 manata satıldı

1248 22.04.2026 00:11 Maraqlı A A

Türkiyənin Manisa vilayətində şimal yarımkürəsində yetişən ilk gilas bazara çıxarılıb. Mövsümün ilk məhsulu ənənəvi olaraq açıq hərrac yolu ilə satılıb və qiyməti rekord həddə çatıb.

Musavat.com lent.az-a istinadla xəbər verir ki, bu il bazara ilk gilas gətirən fermer Yusif Bakan olub.

Onun yetişdirdiyi məhsul keçirilən açıq hərracda kiloqramı 6 min türk lirəsinə (təxminən 227 manat) Məsud Altıok adlı alıcıya satılıb.

Təxminən 30 min lirəyə 5 kiloqram gilas alan alıcı Məsud Altıok bildirib ki, qiymətin yüksək olmasına baxmayaraq, bu alış simvolik xarakter daşıyır və əsas məqsəd fermerlərə dəstək göstərməkdir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR