İnsanlara hürriyət, millətlərə istiqlal!

Müdafiə Nazirliyi məlumat yaydı: 10-13 mart tarixlərində...

1857 10.03.2026 11:03 Son xəbər A A

İstifadəyə yararsız olan döyüş sursatlarının məhv edilməsi prosesi həyata keçiriləcək.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 10-13 mart tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.

“Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”, – məlumatda qeyd olunub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR