İnsanlara hürriyət, millətlərə istiqlal!

Toral Bayramov “Qarabağ”dan ayrılmasının səbəbini açıqladı

657 05.06.2026 16:53 İdman A A

Azərbaycan millisinin futbolçusu Toral Bayramov Türkiyənin "Bursaspor" klubuna keçməsinin səbəbini açıqlayıb.

25 yaşlı yarımmüdafiəçi bu barədə AFFA-nın təşkil etdiyi sual-cavab sessiyasında azarkeşlərin suallarını cavablandırarkən danışıb:

"Çoxdandır Azərbaycanı ölkə xaricində təmsil etmək istəyirdim. Belə bir şans ələ düşdü. "Bursaspor" böyük tarixi olan klubdur. Azarkeşlərini hamı tanıyır. Qərar verdim ki, artıq vaxtdır. Ümid edirəm ki, uğurlu olar".

Qeyd edək ki, "Bursaspor"a "Qarabağ"dan keçən Toral Bayramov I Liqa təmsilçisi ilə uzunmüddətli müqavilə imzalayıb./milli.az/

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR