“Xəzər” Media Mərkəzinin (Xəzər TV) baş direktoru, Xalq artisti Murad Dadaşovun xanım əməkdaşları ilə birlikdə rəqs etdiyi görüntülər ictimaiyyətin diqqətini çəkib.
Musavat.com xəbər verir ki, sözügedən video sosial şəbəkələrdə sürətlə yayılaraq qısa zamanda geniş müzakirələrə səbəb olub.
Kadrlarda Murad Dadaşovun səmimi və enerjili rəqsi izləyicilər tərəfindən maraqla qarşılanıb.
Sosial media istifadəçiləri videoya çoxsaylı müsbət rəylər yazaraq, Xalq artistinin sadəliyini, pozitiv enerjisini və kollektivlə olan səmimi münasibətini yüksək qiymətləndiriblər. Bir çoxları bu cür anların iş mühitində xoş ab-havanın göstəricisi olduğunu vurğulayıb.
Könül
Musavat.com






