İnsanlara hürriyət, millətlərə istiqlal!

Müsəlman dövlətləri Bleyri Sülh Şurasına buraxmadılar

789 09.12.2025 07:55 Siyasət A A

Britaniyanın keçmiş Baş naziri (1997-2007) Toni Bleyr ərəb və müsəlman ölkələrinin mövqeyinə görə Qəzza zolağını idarə edəcək "Sülh Şurasına" qoşulmayacaq.

Musavat.com Financial Times-a (FT) istinadən xəbər verir ki, Bleyrın namizədliyi bəzi ərəb və müsəlman ölkələri tərəfindən təsdiqlənməyib, çünki o, 2003-cü ildə ABŞ-ın İraqa müdaxiləsini fəal şəkildə dəstəkləyib. Bundan əlavə, onlar ehtiyat edirlər ki, keçmiş Britaniya baş naziri ABŞ prezidenti Donald Trampın sədrlik etdiyi "Sülh Şurasına" təyin olunarsa, fələstinlilər Qəzzanın idarə olunmasından kənarda qalacaqlar.

FT-yə danışan Bleyrın əməkdaşları onun təyinatının regiondakı bəzi ölkələrdə narazılığa səbəb olduğunu inkar ediblər. Onların sözlərinə görə, "Sülh Şurası" avtomatik olaraq keçmiş baş naziri kənarlaşdıran "hazırkı dünya liderlərindən" ibarət olacaq. Bu arada, Bleyrın ABŞ prezidentinin kürəkəni Cared Kuşner, Trampın xüsusi elçisi Stiven Vitkoff və ərəb və Qərb dövlətlərindən yüksək vəzifəli şəxslərin də daxil olacağı başqa bir strukturun - icra komitəsinin üzvü olması gözlənilir.

FT-nin məlumatına görə, icra komitəsinə BMT-nin Yaxın Şərq Sülh Prosesi üzrə keçmiş xüsusi koordinatoru (2015-2020) və Bolqarıstanın müdafiə naziri (2009-2010) Nikolay Mladenov sədrlik edəcək. İlkin Qəzza planında adı çəkilməyən bu qurumun "Sülh Şurası" və Fələstin Texnokratik Komitəsinin işini əlaqələndirməsi gözlənilir. Qəzet qeyd edir ki, Mladenov əvvəllər Bleyrə həvalə edilmiş "ali menecer" rolunu yerinə yetirəcək.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR