İnsanlara hürriyət, millətlərə istiqlal!

Musiala Çempionlar Liqasında tarix yazdı

2121 16.04.2026 15:28 İdman A A

Almaniyanın "Bavariya" klubunun yarımmüdafiəçisi Camal Musiala Çempionlar Liqasının tarixinə düşüb.

Musavat.com İdman.Biz-ə istinadən bildirir ki, futbolçu 23 yaş 48 günündə Avropanın ən nüfuzlu klub turnirində 50-ci oyununu keçirib.

Beləliklə, Musiala bu həddə çatan ən gənc alman futbolçu olub və 2013-cü ildə Tomas Müller tərəfindən müəyyənləşdirilən əvvəlki rekordu geridə qoyub.

Yubiley matçı 1/4 final mərhələsinin cavab görüşünə təsadüf edib. Həmin oyunda "Bavariya" "Real" üzərində 4:3 hesablı qələbə qazanaraq turnirin yarımfinalına yüksəlib.

2025/2026 mövsümünün Çempionlar Liqasının finalı mayın 30-da Budapeştdəki "Puşkaş Arena" stadionunda keçiriləcək. Turnirin hazırkı qalibi PSJ-dir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR