İnsanlara hürriyət, millətlərə istiqlal!

NATO Cənubi Qafqaz üzrə xüsusi nümayəndə təyin etdi

678 06.03.2026 13:16 Son xəbər A A

NATO Kevin Hamiltonun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndə təyin olunduğunu elan edib.

Bu barədə Alyans məlumat yayıb. 

Qeyd edilib ki, Hamilton "bu iki strateji əhəmiyyətli regionda" Alyansın siyasətinin irəliləməsinə cavabdeh olacaq.

K.Hamilton, həmçinin NATO Baş Katibinin Siyasi Məsələlər və Təhlükəsizlik Siyasəti Şöbəsində tərəfdaşlıq məsələləri üzrə köməkçisinin müavini vəzifəsinə təyin edilib.

K.Hamilton bu təyinatdan əvvəl 2023-2026-cı illərdə (iqamətgahı Ankarada yerləşən-red) Kanadanın Azərbaycandakı səfiri olub. Daha əvvəl o, Rumıniya, Bolqarıstan və Moldova Respublikasında səfir (2016–2020) vəzifələrini tutub. (Report)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR