İnsanlara hürriyət, millətlərə istiqlal!

NATO indi də Moldovanı silahlandırır

528 10.12.2025 18:21 Dünya A A

Moldova NATO-nun Müdafiə Potensialının Artırılması təşəbbüsü (DCBI) çərçivəsində növbəti hərbi yardım partiyasını qəbul edib.

Musavat.com xəbər verir ki, bu barədə Moldova Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin bildirdiyinə görə, göndərilən partiyaya fərdi mühafizə vasitələri – o cümlədən dəbilqələr və kimyəvi mühafizə kostyumları, həmçinin tibbi təlim manekenləri, hesablama texnikası, avtomobillər və mebel daxildir. Bu avadanlığın dəyəri və sayı açıqlanmır.

2025-ci ildə Moldova hökuməti yeni hərbi strategiyanı qəbul edib. Sənəddə hərbi xərclərin ÜDM-in 1 faizinə yüksəldilməsi, silahlı qüvvələrin sayının 30 faiz artırılaraq 8,5 min hərbçiyə və 2 min mülki əməkdaşadək çatdırılması nəzərdə tutulur. Siyasət sənədi həmçinin yenidən silahlanmanı, Aİ və NATO hərbi hazırlıq standartlarına keçidi və Ukrayna ilə hərbi əməkdaşlığın gücləndirilməsini ehtiva edir.

Hərbi xərclərin artırılmasına və ordunun genişləndirilməsinə iqtisadi böhran fonunda parlament müxalifəti etiraz edir. Tanınmamış Dnestryanı bölgənin rəhbərliyi və habelə Dnestr sahilində sülhməramlı əməliyyata nəzarət edən Rusiya da Moldovanın hərbi gücünün artmasından narahatlığını ifadə edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR