İnsanlara hürriyət, millətlərə istiqlal!

NATO-nun ŞOK qərarı: İrana qarşı hərbi əməliyyatlarda iştirak edəcək

784 08.07.2026 18:26 Dünya A A

Şimali Atlantika Alyansı (NATO) İrana qarşı mümkün hərbi əməliyyatlarda iştirak edə biləcəyini açıqlayıb. Bu barədə NATO-nun baş katibi Mark Rütte Ankarada keçirilən sammitdən sonra təşkil olunan mətbuat konfransında məlumat verib.

Musavat.com xəbər verir rki, ABŞ-nin İrana endirdiyi zərbələrlə bağlı sualı cavablandıran baş katib bildirib ki, İranın coğrafi olaraq NATO ərazisindən kənarda yerləşməsi Alyansın bu proseslərdə iştirak etməyəcəyi anlamına gəlmir.

Rütte həmçinin vurğulayıb ki, NATO-ya üzv olan bütün dövlətlər İranın nüvə silahı əldə etməsini qəti şəkildə yolverilməz hesab edir və bu mövqedə həmrəydirlər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR