İnsanlara hürriyət, millətlərə istiqlal!

Navrotski Trampla ABŞ-nin Avropadakı hərbi mövcudluğunu müzakirə edib

321 04.05.2026 11:00 Siyasət A A

Polşa prezidenti Karol Navrotski və ABŞ prezidenti Donald Tramp telefonla ABŞ qoşunlarının Avropada mövcudluğu perspektivlərini müzakirə ediblər.

Musavat.com xəbər verir ki, telefon danışığı barədə məlumatı Polşa prezidentinin ofisi yayıb: “Bu axşam, 3 may milli bayramında (Polşada 3 may 1790-cı il Konstitusiya Günü – red.) Polşa prezidenti Karol Navrotski ABŞ prezidenti Donald Trampla telefon danışığı aparıb”.

Açıqlamada deyilir ki, telefon danışığı zamanı əsas müzakirə mövzusunu Amerika qoşunlarının Avropadakı mövcudluğu təşkil edib.

Qeyd edək ki, Polşa rəhbərliyi dəfələrlə öz ərazisindəki ABŞ hərbi kontingentinin artırılmasına hazır olduğunu bəyan edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR