İnsanlara hürriyət, millətlərə istiqlal!

Naxçıvanda bir ailənin dörd üzvü yol qəzasında xəsarət aldı

605 01.02.2026 19:47 Hadisə A A

Naxçıvanda dörd nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı avtomobilin aşması nəticəsində bir ailənin dörd üzvü - 1961-ci təvəllüdlü Zabitə Qasımova, 1998-ci il təvəllüdlü Nurşən Qasımova, 2020-ci il təvəllüdlü B.Q və 2023-cü il təvəllüdlü A.Q xəsarət alıblar.

Xəsarət alanlar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər. Hadisə yerinə polis əməkdaşları cəlb olunub, fakt araşdırılır.//Report

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR