İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazir Kəmaləddin Heydərov Türkiyənin daxili işlər naziri Əli Yerlikayaya başsağlığı verib

729 11.11.2025 19:09 Siyasət A A

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Azərbaycandan Türkiyəyə yola düşən Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C130 hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması nəticəsində hərbçilərin həlak olması ilə əlaqədar qardaş ölkənin daxili işlər naziri Əli Yerlikayaya zəng edib.

Musavat.com xəbər verir ki, nazir hərbi qulluqçuların həlak olması ilə əlaqədar başsağlığını çatdırıb, yaxınlarına Allahdan səbr dilədiyini bildirib.

Dövlət başçısı cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Azərbaycan Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələrinin Gürcüstanla sərhəddə tam hazır vəziyyətdə gözlədiyini diqqətə çatdıran nazir K.Heydərov, faciə ilə əlaqədar Gürcüstanın daxili işlər naziri Gela Geladze ilə telefonla danışaraq vəziyyəti müzakirə etdiklərini bildirib. Qeyd edib ki, gürcü nazir hər hansı ehtiyac yaranacağı halda axtarış-xilasetmə əməliyyatlarına Azərbaycan FHN-in qüvvələrinin dərhal qoşulması üçün müraciət ediləcəyini bildirib.

Türkiyəli nazir Ə.Yerlikaya göstərilən dəstəyə görə Azərbaycan dövlətinə təşəkkür edib.

Qeyd edək ki, müvafiq qurumlar arasında təmaslar davam etdirilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR