İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazpəri Dostəliyeva mərhum xalq artistindən danışdı - "Onunla düşmənçiliyimiz..."

1392 05.05.2026 16:49 Şou-biznes A A

“Allah rəhmət eləsin, İlhamə Quliyeva dünyasını dəyişəndən sonra onun haqqında heç nə danışmamışam. Baxmayaraq ki, mənə çox əziyyətlər verib. Çox... Deyirlər ki, İlhamə Quliyeva mənə qadağa qoymuşdu. Amma İlhamə Quliyeva bir müğənni idi. Mənə qadağa qoyan insan vaxt olub ki, məndən üzr istəyib. Bu məni yaşadır”.

Musavat.com bildirir ki, bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva mərhum sənətkar İlhamə Quliyeva ilə aralarında yaşanan gərginlik və vaxtilə ona qoyulduğu deyilən efir qadağası ilə bağlı “Zarafat bir yana” verilişində sualları cavablandırarkən deyib.

   Nazpəri Dostəliyeva: “İlhamə dedi ki, Nazpəri, haqqını halal et“

Nazpəri Dostəliyeva qeyd edib ki, həmkarı ilə bağlı qalmaqal digər Xalq artisti Faiq Ağayevin toyundan başlayıb:

“Əslində mən başqa bir toyda idim, sonra gəldim Faiq Ağayevin toyuna. Mikrofon İlhamə Quliyevanın əlində idi. Doğrudur, o artıq öz ifasını edib bitirmişdi, lakin mikrofon yenə onun əlində idi. Mən toya daxil olanda gördüm ki, bəy və gəlin oynayır, mən də onlara qoşulub oynamağa başladım. Daha sonra Faiq Ağayev mikrofonu İlhamə Quliyevanın əlindən alıb mənə verdi ki, nəhayət, mən də ifamı edim. Çünki toyun sonu idi və mən də oxumalı idim. Həmin vaxt oxudum və bu, İlhamə Quliyevanın xoşuna gəlmədi. O vaxtdan məni “baltalamağa” başladı”.

“Bütün bunlara rəğmən, siz onu necə oldu ki, bağışladınız” sualına isə Nazpəri Dostəliyeva belə cavab verib:

“Mən onu dünyasını dəyişdikdən sonra bağışladım. Onun cavabını Allah versin, mənlik deyil. İlhamə Quliyevanın bacısı onun tacını mənim başıma qoymaq istəyirdi. Mənə dedi ki, sənə bu qədər əziyyət verməsinə baxmayaraq, sən onun arxasınca heç nə danışmadın, susdun, halbuki hamı danışdı, sən isə baş verənlər barədə bir kəlmə belə demədin. Məni bağrına basdı, öpdü və tacı başıma qoymaq istədi. Amma mən bunu qəbul etmədim və heç vaxt da qəbul etmərəm. Çünki mən taclı kraliça olmamışam. Mən insanların sevgisi ilə yaşayan kraliçayam, özümü belə hiss edirəm. O tac mənim heç vaxt başımda ola bilməzdi. İndi həmin tac evimdə kolleksiyamda bir yadigar kimi qalır. Yaddaşımda qalan acı xatirələri xatırladan yadigar”...

Xalidə,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR