Deputat Sahib Alıyev Belçika və Niderlandın parlamentlərinin savadsızcasına hazırlanmış, antisülh və antiregion mahiyyətli qətnamələrini qətiyyətlə pisləyib.
Musavat.com-un məlumatına görə, deputat parlamentin iclasında çıxışı zamanı ardınca bildirib:
“Ona görə antiregion mahiyyətli adlandırıram ki, Cənubi Qafqazın geosiyasi subyekt kimi çıxış edə bilməsi üçün ilk növbədə buradakı ölkələr arasında sülh olmalıdır. Bunun özlərinə də əl verdiyi Brüsseldəkilərə yaxşı bəlli olduğu halda, görünür, müstəmləkəçilik dönəmindən qalma mərəz və güclü islamofobiya onları praqmatik siyasət yeritməyə qoymur. İslamofobiyanın orada necə gücləndiyi isə ötən ilin statistikasından da görünür. Avropada ötən il müsəlmanlara qarşı, hələ özlərinin açıqladıqları 876 insident olub ki, onun da 326-sı Fransanın payına düşür. Parlamentini üzvü Jülen Odulun “İslam irq deyil, din olduğundan islamofobiya qanunidir” dediyi ölkənin... Əlbəttə, belədə sual oluna bilər ki, dənizaşırı torpaqlarınız saydıqlarınızdakıların çoxu xristianlaşdırdıqlarınızdır, bəs onlara qarşı dözümsüzlüyünüz nə ilə bağlıdır?Xankəndidəki keçmiş “miatsum”çu rejimin başında duranların həbsini pisləyən və azadlığa çıxmalarını istəyənlər yəqin unudurlar ki, nə Qarabağ Konqodur, nə də Bakıda məhkəmə qarşısına çıxarılanlar həmin Konqodan tutulub gətirilərək baxnaları əyləndirmək üçün Tervürendə zooparkdakı meymunmuş kimi qəfəsə salınıb göstərilənlərdir. Onlar minlərlə azərbaycanlının qətlində suçlu bilinən hərbi cinayətkarlardır ki, Milli Məclisin dünənki bəyanatında da vurulandığı kimi uğyun beynəlxlaq qurumlar da bunun yaxşı fərqindədirlər”.
S.Alıyev digər məqamlara da diqqət çəkib: “Görəsən, bir tərəfdən Azərbaycan rəsmiləri ilə yeni ikitərəfli anlaşma haqda danışıqlara başlamaq üçün Brüsseldə görüş keçirən, digər tərəfdən isə eyni gündə də belə bir addım atanlar özləri haqda nə düşünürlər? Həm də bilə-bilə ki, bu, strateji rəqib, hətta düşmən gözündə gördüklərinin maraqlarına tam cavab verən hərəkətdir. Eynilə hay diasporunun, daha dəqiqi, onların daşnaklardan ibarət hissəsinin bu qətnamədən 4 gün qabaq Parisdə keçirdikləri yığıncaqları kimi. Həmin yığıncağın maliyyəsini məhz Rusiyadan ora təşrif gətirən oliqarx Ara Abramyanın verdiyini və burada da məqsədin yenə bu regionda sülhə maneçilik olduğunu bəyəm Yelisey sarayındakılar bilmirlər? Elə isə nədən həmin yığıncaqdan iki gün sonra “özünüburaxan”ların bir neçə təmsilçisi ilə Fransa və Avropa Parlamentində görüş keçirilir? Amma nə edirlərsə, etsinlər, “hay məsələsi”ni qaldırdıqları zaman açıqladıqları ortaq niyyətlərinə çata bilməyəcəklər. Azərbaycan onların cavabını sivilizasiyalarından saydıqlarının dağıtdıqları yerləri cənnətə çevirməklə və uçurduqları məscidlərin yerində daha möhtəşəmini tikməklə ən təsirli şəkildə verir və verəcək”.
E.Paşasoy,
Musavat.com






