İnsanlara hürriyət, millətlərə istiqlal!

Netanyahu TƏCİLİ ABŞ-a gedir, Trampla İrana HÜCUMU danışacaq - Tehrandan REAKSİYA

476 10.02.2026 15:58 Son xəbər A A

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-a səfərə yola düşür.

Netanyahu ABŞ Prezidenti Donald Trampa İranla nüvə danışıqları barədə İsrailin prinsiplərini çatdıracağını deyib. O səfərdən əvvəl jurnalistlərə açıqlamasında bildirib ki, bu prinsiplər sadəcə İsrail üçün yox, dünyadakı hər bir ölkə üçün vacibdir. “Biz bir sıra məsələləri müzakirə edəcəyik. O cümlədən, Qəzza məsələsini”,- İsrailin Baş naziri bildirib. Netanyahu əlavə edib ki, onun Trampla dəfələrlə baş tutan görüşləri İsrail-ABŞ arasında və onunla Tramp arasında şəxsi baxımdan unikal yaxınlığın göstəricisidir.

İsrailin ABŞ-la əvvəlcədən məsləhətləşmədən İrana hücum etməsi ehtimalı yoxdur. İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqayi brifinqdə bildirib. Onun sözlərinə görə, təcrübə göstərir ki, İsrail tərəfindən görülən tədbirlər həmişə ABŞ-ın razılığı və əməkdaşlıq əsasında həyata keçirilir. XİN rəsmisi qeyd edib ki, ölkəsinə hücum olacağı təqdirdə, İran İslam Respublikasının cavabı qətiyyətli olacaq.

TVMusavat-ın canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmin mövzularını siyasi şərhçi Azər Həsrətlə müzakirə edir.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR