İnsanlara hürriyət, millətlərə istiqlal!

“Nifrətimizi qazanacaqlar...” – Deputat İran rejiminə OD PÜSKÜRDÜ

1251 05.03.2026 14:35 Hadisə A A

“Naxçıvan hava limanına dron zərbələrinin endirilməsi İranın mühafizəkar rejimin Azərbaycana qarşı düşmənçiliyidir. İran rejimi iç üzünü göstərdi”.

Musavat.com xəbər verir ki, bu barədə Milli Məclisin üzvü Aydın Hüseynov bildirib.

Deputat deyib ki, Naxçıvan hava limanına endirilən dron zərbələri artıq təsadüfi insident deyil – bu, açıq və məqsədli düşmənçilik hərəkətidir:

Aydın Hüseynov: Tarixi missiyasını uğurla başa vuran Azərbaycan Ordusu ilə fəxr edirik

"Bu hücum Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş açıq təxribatdır. Naxçıvan strateji baxımdan həssas nöqtədir. Naxçıvanın hədəf seçilməsi təsadüfi deyil. Bu, təkcə Bakıya deyil, bütövlükdə regiona ünvanlanmış təxribatdır.

İran uzun illərdir ki, Azərbaycana qarşı təzyiq alətlərindən istifadə etməyə çalışır – informasiya kampaniyaları, sərhəd təxribatları, diplomatik ritorika. Lakin dron hücumu artıq başqa mərhələdir. Bu, birbaşa Azərbaycanın təhlükəsizliyinə qarşı hərəkətdir”.

A.Hüseynov vurğulayıb ki, İran rejimi bu cür xəyanətkar addımlarla Azərbaycana təsir göstərə bilməz: “Onlar bu hərəkətləri ilə Azərbaycan xalqının nifrətini qazanacaqlar. İranın Azərbaycan ərazisinə dron zərbələri endirməsi son nəticədə İranın özünün ziyanına işləyəcək. Bundan uduzan İran rejimi olacaq. Çünki Azərbaycan bu cür təhdidlər qarşısında geri çəkilən dövlət deyil. Azərbaycan regional və beynəlxalq müstəvidə mövqelərini daha da gücləndirəcək, İran isə əlavə diplomatik və siyasi təcrid riski ilə üz-üzə qalacaq. Belə hərəkətlər Azərbaycan cəmiyyətində daha böyük həmrəylik yaradır və dövlətin təhlükəsizlik siyasətinə dəstəyi artırır”.

Etibar Seyidağa,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR