Sabunçu Tibb Mərkəzinin direktoru Nurəngiz Bəşirova vəzifəsindən azad edilib.
Musavat.com "Bakupost"a istinadla xəbər verir ki, o, işdən çıxarılması ilə bağlı ərizə yazdığını təsdiqləyib.
"Bundan sonrakı qərarı TƏBİB verəcək", - deyə N.Bəşirova bildirib.
Xatırladaq ki, bu gün Klinik Tibbi Mərkəzin direktoru Könül Ələkbərov və "Yeni Klinika"nın direktoru Barat Yusubovun da işdən çıxarıldığı təsdiqlənib.






