İnsanlara hürriyət, millətlərə istiqlal!

“Nyukasl” – “Qarabağ” matçını o idarə edəcək

825 22.02.2026 15:11 İdman A A

UEFA Çempionlar Liqasının pley-off mərhələsində İngiltərədə “Nyukasl” və “Qarabağ” komandaları arasında keçiriləcək cavab oyununa təyinatlar açıqlanıb.

Görüşü İtaliyadan olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi tanınmış FIFA referisi Davide Massa olacaq.

Ona yan xətt hakimləri Filippo Meli və Stefano Alassio kömək edəcəklər. Dördüncü hakim funksiyasını Luka Payretto yerinə yetirəcək.

VAR hakimi Daniele Çiffi, onun köməkçisi almaniyalı Kristian Dinqert olacaq.

Qeyd edək ki, fevralın 24-dən 25-nə keçən gecə keçiriləcək “Nyukasl” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.//Qafqazinfo

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR